Avtomobili yay rejiminə necə keçirək? - USTA MƏSLƏHƏTİ - VİDEO
Maraqlı 15 Aprel 2019 10:03 216 dəfə oxunub
Avtomobili yay rejiminə necə keçirək? - USTA MƏSLƏHƏTİ - VİDEO
Sürücülər isə hələ yay mövsümünə avtomobillərini hazırlamadıqlarını deyirlər

Qış mövsümündə istifadə edilən şinləri yayda avtomobilin üzərində saxlamaq olmaz.

Bu həm qəza riskini artırır, həm də avtomobilə ziyan vurur. Avtomobillərin yay rejiminə keçidi ilə bağlı görülməsi vacib olan dəyişikliklər barədə ustalarbildirir ki, əsas məsələ təkərlərin dəyişdirilməsidir. Çünki isti havalarda qış təkərləri həm səs verməyə başlayır, həm də maşının özünə ziyandır.

Usta deyir ki, qış aylarında bir neçə dəfə avtomobilin kondisonerindən istifadə etmək lazımdır.Əks halda yayda kondisonerdə nasazlıq yarana bilər. Bundan başqa, soyutma sisteminə diqqət yetirmək lazımdır.

UstaSahil Ağabəyli deyir ki, maşında istifadə edilən yağların qış və ya yay üçün nəzərdə tutulması Azərbaycan üçün keçərli deyil. Bizim regionda kəskin soyuq və ya isti hava müşahidə olunmadığına görə, yağların dəyişdirilməsi bir o qədər də vacib deyil. Sürücülər isə hələ yay mövsümünə avtomobillərini hazırlamadıqlarını deyirlər.

Avtomobilə vaxtında qulluq etmək lazımdır ki, yayın istisində hansısa problemlə qarşılaşmayasınız.

© xezerxeber.az 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh