Bakıda içərisində pul və qızıl olan seyf oğurlanıb
Gündəm 15 Aprel 2019 12:27 271 dəfə oxunub
Bakıda içərisində pul və qızıl olan seyf oğurlanıb
Faktla bağlı araşdırmalara başlanılıb

Bakıda içərisində pul və qızıl olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 400 manat pul və 10.200 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Süleymanov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh