Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

Xəbərlər 15 Aprel 2019 21:10 Oxunub 1851
Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü dəymiş ziyanı sığorta şirkətindən tələb etməlidir

Körpünün altından keçən avtomobilin üzərinə beton parçası düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxt sakini Qurban Səmədovun başına gəlib. O iddia edir ki, Biləcəri dairəsindən üzü Bakı Beynəlxalq Avtovağzalı istiqamətinə hərəkət edərkən körpünün altından keçən zaman avtomobilin ban hissəsinə nəyinsə düşdüyünü hiss edib. Dərhal avtomobili saxlayıb, nəqliyyat vasitəsinin üzərinə baxdıqda isə körpünün altından düşən beton parçasının avtomobilin ban hissəsini yararsız vəziyyətə saldığını görüb.

Hadisə nəticəsində onun avtomobilinə bir neçə yüz manat maddi ziyan dəyib. Şikayyətçi dəymiş zərərin ödənilməsi üçün körpünün aid olduğu Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib. Qurumdan ona bildiriblər ki, bu hadisə təbiət hadisəsi hesab edildiyindən ona dəymiş ziyan agentlik tərəfindən yox, sığorta şirkəti tərəfindən ödənilməlidir. Körpünün yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan sürücülər də belə hadisənin bir neçə dəfə baş verdiyini təsdiqləyiblər.

Sığrota eksperti Daşdəmir Niftəliyev isə bildirib ki, əgər avtomobilin kasko sığortası' varsa sığrota şirkəti dəymiş ziyanı ödəməlidir. Kasko sığorta olmadığı təqdirdə avtomobil körpüsü hansı qurumun balansındandırsa, sürücü həmin qurumu məhkəməyə verməklə dəymiş ziyanı tələb edə bilər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bu hadisənin Agentliyə heç bir aidiyyəti yoxdur və sürücü dəymiş ziyanı sığorta şirkətindən tələb etməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh