"Ferrari"nin "Mercedes"i üstələyəcəyinə şübhə edirəm"

Yarışma 16 Aprel 2019 12:19 Oxunub 1299
"Ferrari"nin "Mercedes"i üstələyəcəyinə şübhə edirəm"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək

"Ferrari"nin maşınları birbaşa yolda sürətlidir. Bakıda şansları olacaqmı? Buna şübhə edirəm". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu 2016-cı ildə Bakıda təşkil olunan ilk "Formula 1" yarışının qalibi olan "Mercedes"in sabiq pilotu Niko Rosberq şəxsi bloqunda yazıb.

Karyerasını başa vuran almaniyalı sürücünün fikrincə, Bakı trasında qısa döngələrin çoxluğu "Ferrari"nin vaxt itirməsi ilə nəticələnəcək: "Onların hansı trasda üstün olacaqlarını bilmirəm. Hazırda vəziyyət belədir - "Mercedes" pilotları bütün Qran-prilərdə onları qabaqlayacaqlar. Hətta Barselonada da. Həm də "Ferrari"nin airodinamika ilə bağlı ciddi problemi var".

Qeyd edək ki, yeni mövsümün ilk üçn mərhələsində "Mercedes" pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen 27 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh