Xaçmazda “Lexsus” kanala düşdü: sürücü ölüb - FOTO

Avtosfer Foto 17 Aprel 2019 14:07 Oxunub 3267
Xaçmazda “Lexsus” kanala düşdü: sürücü ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Xaçmazda su kanalına düşərək ölən sürücünün kimliyi məlum olub. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən "Lexsus" markalı maşının sürücüsünün, Qusarın Yuxarı Zeyxur kənd sakini, 1973-cü il təvəllüdlü Əziz Məlikov olması müəyyən edilib.

*****Saat 12:05

Xaçmazda minik avtomobili su kanalına düşüb. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. “Lexsus” markalı, 90 XL 783 dövlət nömrə nişanlı maşın “Xan arxı” adlanan kanala düşüb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh