Milli Qəhrəmanın adını daşıyan küçənin yoluna baxın - FOTO - VİDEO

Xəbərlər 17 Aprel 2019 14:02 Oxunub 1643
Milli Qəhrəmanın adını daşıyan küçənin yoluna baxın - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vay o gündən ki, kimsə ağır xəstələnə və Təcili Tibbi Yardıma ehtiyac duya

Sumqayıtın "Yaşıldərə" yaşayış massivi, Milli Qəhrəman Əliyar Əliyev küçəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Bərbad yollar sakinləri təngə gətirib. Ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Yollar yararsız olduğundan, onlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. Əraziyə işləyən 39 nömrəli marşrut avtobusunun sürücüsü deyir ki, tez-tez avtomobil ustalarına müraciət etməli olurlar. Sakinlərin sözlərinə görə, yağışlı havalarda o qədər palçıq olur ki, yollar keçilməz hala gəlir. Vay o gündən ki, kimsə ağır xəstələnə və Təcili Tibbi Yardıma ehtiyac duya. Əsl faciə onda yaşanır. 

Bəs görəsən, sakinlərin bu problemlərinə nə vaxt əncam çəkiləcək?

Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Rövşən Hümbətov ONA-ya bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində sözügedən ərazinin sakinlərinin problemləri həllini tapacaq. Ərazidə kanalizasiya, eləcə digər kommunikasiya xətləri çəkildikdən sonra yaxın aylarda yola asfalt örtüyü döşənəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh