Hərəkəti hansı istiqamətdə davam etdirə bilərlər? - YENİ SUAL

Yarışma 26 Mart 2015 20:21 Oxunub 5316
Hərəkəti hansı istiqamətdə davam etdirə bilərlər? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sulaını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Orta zolaqda olan tünd rəngli avtomobilin sürücüsü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər? 

A) Yalnız sağa və düzünə (1-ci və 2-ci istiqamətlərdə);

B) Yalnız sağa, düzünə və sola (1-ci, 2-ci və 3-cü istiqamətlərdə);

C) Yalnız düzünə ( 2-ci istiqamətdə);

Ç) Bütün istiqamətlərdə.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

sahil 10 Noyabr 2014 22:55
butun istiqametlerde
HESEN 10 Noyabr 2014 22:55
C-varianti
HESEN 10 Noyabr 2014 22:55
C-variantı
Elmar Həbibli 10 Noyabr 2014 22:55
C variantı doğrudur.
Babak 10 Noyabr 2014 22:55
Cavab C variant.Orta zolaqda yalniz duzune hereket etmek olar.
Tuncay 10 Noyabr 2014 22:55
Butun istiqametlerde
NEMAN 10 Noyabr 2014 22:55
yalnız düzünə
Fuad 10 Noyabr 2014 22:55
qadaganedici ve ya yol gosterici hech bir znak yoxdur.. bele halda C varianti da B varianti da uygun gelir.. yene de men B gotururem.. Geriye donmek ucun sol zolaqda olmaq lazimdir.. ona gore geriye donmesi qadagandir.. amma qadagan eden ishareler olmadigina gore duzune, saga ve sola gede biler..
nAZIM 10 Noyabr 2014 22:55
C Yalnız düzünə 2-ci istiqamətdə;
RRR 10 Noyabr 2014 22:55
B Yalnız sağa, düzünə və sola 1-ci, 2-ci və 3-cü istiqamətlərdə;
natiq 10 Noyabr 2014 22:55
c yalniz duzune cunki orta zolagda saga sola donme xetti yoxdu saga sola ve geriye donmek ucun kenar zolaglari tutmag lazimdi
KamRan Bagirov 10 Noyabr 2014 22:55
Salam bu sualin cavabi C varianti di yalniz duzune cunki sag zolaq da duran avtomobil saga hereket ede biler sol zolaqda olan avtomobil de sola hereket ede biler ortadaki avtomobil de sola ve yaxud saga done biler amma qaydalara uygun deil o
Rəhman 10 Noyabr 2014 22:55
Düzünə və sağa hərəkət ettirə bilər
mursud 10 Noyabr 2014 22:55
c varianti
Evez 10 Noyabr 2014 22:55
Yalniz 2 C
Arif 10 Noyabr 2014 22:55
ç
ceyhun 10 Noyabr 2014 22:55
yalnız düzünə. c variantı