AA seriyalı maşın polisi vurdu - BAKIDA

Yol polisi 26 Mart 2015 01:40 Oxunub 2411
AA seriyalı maşın polisi vurdu - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib

Bakıda polisin vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeydə alınıb. Qəzanı törədən avtomobil isə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Rezervuar və Metal Konstruksiya MMC-yə məxsus olub. Sürücü «Mitsubishi» markalı, 50 AA 547 nömrəli avtomobillə xidmətdə olan Nərimanov RPİ-nin 17-ci polis bölməsinin əməkdaşı, polis kapitanı 1965-ci il təvəllüdlü Kamal Əliyevi vurub. Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh