Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır

Yarışma 18 Aprel 2019 17:25 Oxunub 1366
Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnanırıq ki, bu il də çox maraqlı yarış baş tutacaq

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib. O qeyd edib ki, bilet satışları ötən ildən daha yaxşı gedir. Onun sözlərinə görə, 2016-cı ildən indiyə qədər hər il biletlərin satışında artım müşahidə olunur. Yarışın təşviqi nəticəsində xüsusən yarışa xaricdən gələnlərin sayı artmaqdadır. O qeyd edib ki, Avropa ölkələrindən maraq artır. Əvvəlki yarışlarda 50 nəfərə qədər insanın gəldiyi ölkələrdən bu il gələnlərin sayı yüzlərlədir. İnanırıq ki, bu il də çox maraqlı yarış baş tutacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh