Yol polisindən sürücülərə təsirli xəbərdarlıq

Yol polisi 27 Mart 2015 13:43 Oxunub 3525
Yol polisindən sürücülərə təsirli xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!»

«Təcrübə göstərir ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların başvermə ehtimalı artır». Avtosfer.az-ın məlumatına görə, bu barədə trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Onun sözlərinə görə, Novruz bayramını qeyd etmək üçün bölgələrə və ya paytaxta səfər etmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-si və 28-də geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal olunur. Şöbə rəisi bildirib ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əhaliyə, xüsusən də sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı, manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir: “Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın son günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verə biləcəyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə sürət məhdudiyyətinə, ötmə qaydalarına riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşayiət olunan ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir.

Xahiş edirik ki, özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın, qeyd etdiyiniz bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!”.

BDYPİ sözcüzü əlavə edib ki, martın 20-dən 25-dək ölkə ərazisində 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar nəticəsində 10 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh