Qayda pozan daha bir sürücü kameraya düşdü - 090 - VİDEO
Avtoreyd 20 Aprel 2019 00:06 1527 dəfə oxunub
Qayda pozan daha bir sürücü kameraya düşdü - 090 - VİDEO
Manevr qaydalarını kobud şəkildə pozur

Oxuculardan birinin göndərdiyi videoda qayda pozan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, Bakı şəhəri, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsində 10 AP 090 dövlət nömrə nişanlı, “Nissan”markalı avtomobilin sürücüsü zolaqlar üzrə hərəkət nişanının tələbini pozaraq yalnız sağa hərəkətə icazə verən zolağa daxil olaraq dayanır və yenidən sola - İzmir küçəsinə manevr edir. Videoda sürücü digər hərəkət iştirkaçılarının sərbəst hərəkətinə maneə yaratdığı aydın şəkildə müşahidə edilir.

Qeyd edək ki, həmin kəsişmədə sola İzmir küçəsinə svetaforun qırmızı işığı yanan zaman, sağa hərəkətə icazə verən svetaforun ayıca bolməsində yaşıl yanır. Vurğulanan qayda pzonutusuna görə İnzibati Xətalar Məcəlləsinin Maddə 327.1-ə əsasən 40 manat cərimə nəzrərdə tutulur.  Videonun müəllifi artıq sözügedən nəqliyyat vasitəsinin sürücüsündən DYP-nə rəsmi şikayət edərək, səbəbkarın cəzalanması haqqında rəsmi məktub ünvanladığını bildirir.

 

Rüstəm

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh