Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı - FOTO + VİDEO

Avtosfer Foto 20 Aprel 2019 14:25 Oxunub 1532
Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza əməliyyat-istintaq qrupu tərəfindən araşdırılır

Qazaxıstanda sərnişin avtobusu aşıb. Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin DİN mətbuat xidmətindən məlumat verilib. Qəza bu gün səhər saatlarında Jambıl vilayətinin Kodray rayonu, Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində qeydə alınıb.

“Toyota Camry” markalı avtomobil yol kənarında dayanmış yük maşınına çırpılıb. Bu arada arxadan gələn avtobus sürücüsü qəzanı görüb hadisədən yayınmaq üçün manevr edib. Lakin sürücü idarəetməni itirərək avtobusu yol kənarına aşırıb.

Nəticədə hadisə yerində 8 nəfər, daha üç nəfər də xəstəxanada ölüb, 29 nəfər isə xəsarət alıb.

Ölənlərin hamısı, yaralananlardan isə 7 nəfəri Özbəkistan vətəndaşıdır.

Qazaxıstan prezidenti Kazım Jomart Tokaev ölənlərin yaxınlarına başsağlığı verib və aidiyyəti orqanlara tədbirlərin görülməsini tapşırıb.

Qəza əməliyyat-istintaq qrupu tərəfindən araşdırılır.

Günahkarı 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh