4.5 kilometr hündürlükdə və 100 kilometr radiusda kəşfiyyat aparan dron

Texnologiya 20 Aprel 2019 17:25 Oxunub 2108
4.5 kilometr hündürlükdə və 100 kilometr radiusda kəşfiyyat aparan dron
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbi Hava Akademiyasının əməkdaşları yeni kəşfiyyat pilotsuz aparat hazırlayıblar

Rusiyada Jukovski və Qaqarin adına Hərbi Hava Akademiyasının əməkdaşları yeni kəşfiyyat dronu hazırlayıblar. Avtosfer.az “RİA Novostiyə” istinadən xəbər verir ki, bu barədə hərbi akademiyanın rəhbəri Qennadiy Zibrov aprelin 20-si “Exo Moskva” radiosunun efirində danışıb.

“Bizim tərəfimizdən hazırlanan helikopter tipli pilotsuz aparat var. Helikopterə müvafiq vəzifələri yerinə yetirmək üçün radio kəşfiyyat stansiyası quraşdırmışıq. Bu nümunə artıq sınaqdan keçirilir, mən əminəm ki, ilin axırına kimi onun kütləvi istehsalına başlanılacaq” – o, akademiyanın innovativ işi barədə danışarkən belə deyib.

Zibrov əlavə edib ki, dron akademiyanın kursantları tərəfindən hazırlanıb.

Onun sözlərinə görə, pilotsuz aparat 4.5 kilometr hündürlükdə və 100 kilometr radiusda kəşfiyyat apara bilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh