Bakının mərkəzi küçələrində təhlükəli durum yarandı - VİDEO
Gündəm 21 Aprel 2019 00:49 417 dəfə oxunub
Bakının mərkəzi küçələrində təhlükəli durum yarandı - VİDEO
İşıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb

Bakının mərkəzi küçələrində işıqforlar işləmir. Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, işıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb. Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsində işıqforun fəaliyyətindəki nasazlıqlar nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb.

Bu problem, piyada zolağından istifadə edən sakinlərin həyatı üçün də təhlükəli vəziyyət yaradıb.

Digər analoji hadisə isə Nəsimi rayonunun 28 May küçəsində yaşanıb. Belə ki, işıqforun işləməməsi səbəbindən yolu keçmək istəyən piyadalar təhlükə ilə üzləşiblər. Bu da sürücü və piyadalar arasında çaşqınlıq yaradıb.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh