Əlilin yerini zəbt edən daha bir sürücü - FOTO

Avtosfer Foto 22 Aprel 2019 09:04 Oxunub 1431
Əlilin yerini zəbt edən daha bir sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rahat yerdə olduğu üçün sürücülər bunu edir

Əlillər üçün nəzərdə tutulmuş yerdə park etdiyi üçün ABŞ sürücünün cəriməsi 250 dollardan başlayır. Avropa ölkələrində də bu rəqəm az deyil. Adətən daha rahat yerdə olduğu üçün sürücülər bir çox hallarda əlillərin yerini zəbt edirlər.

Böyük ticarət mərkəzlərinin park yerində, o cümlədən ödənişli dayanacaqlarda əlillər üçün park yeri nəzərdə tutulub. Məsələn, daha çox liftlə, çıxışa yaxın ərazilərdə bu yerlər yaradılır ki, onsuz da çətinlik çəkən şəxs bir az da əziyyətə düşməsin. Amma bir çox hallarda öz rahatlıqlarını daha çox düşünənlər əlillərin yerinə göz dikir. Elə 10 AP 038 dövlət nömrə nişanlı avtomobilin sahibi kimi. Görəsən bu qədər boş yer olduğu halda niyə əlilin yerini zəbt edib? 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh