"Formula 1" şirkəti "Mercedes"in ikiqat pit-stopu ilə 30 il əvvəlki mənzərəni müqayisə edib - VİDEO

Yarışma 22 Aprel 2019 19:19 Oxunub 1427
"Formula 1" şirkəti "Mercedes"in ikiqat pit-stopu ilə 30 il əvvəlki mənzərəni müqayisə edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq

“Formula 1” şirkəti Almaniyanın “Mercedes” komandasının Çin Qran-prisində eyni anda gerçəkləşdirdiyi iki pit-stopla 30 il əvvəlki mənzərəni müqayisə edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yarışın “Intsagram” səhifəsində paylaşılan videoda “Mercedes” mexaniklərinin aprelin 14-də ilk dəfə Şanxayda həyata keçirdikləri ikiqat pit-stopla 1989-cu ildə Böyük Britaniyanın “McLaren” komandasının pit-stop görüntüləri əksini tapıb.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh