Avtomobil yüksək sürətlə divara çırpıldı: 2 ölü, 3 yaralı - FOTO

Avtosfer Foto 23 Aprel 2019 14:05 Oxunub 1384
Avtomobil yüksək sürətlə divara çırpıldı: 2 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəzanın baş vermə səbəblərini araşdırır

Türkiyənin Ordu vilayətində yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Altınordu rayonu, Karaağac məhəlləsində qeydə alınıb. Qəzanın şiddətində avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə rayonun müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh