Misirdə təxminən 2000 yaşı olan məzarlıq tapılıb - FOTO

Maraqlı 24 Aprel 2019 20:27 Oxunub 1493
Misirdə təxminən 2000 yaşı olan məzarlıq tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxeoloqlar, qurban verilmə üçün güldan, maskalar, heykəllər və kuzələr aşkarlayıblar

Misirdə təxminən 2000 yaşı olan məzarlıq tapılıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, məzarlıqda həmçinin mumiya və sarkofaq qalıqları tapılıb, bu barədə Misirin Qədim İşləri üzrə Nazirliyi məlumat yayıb.

Ehtimal olunur ki, məzarlıq Makedoniyalı İsgəndərin istilaları zamanı, bizim eradan əvvəl 332-ci ildə yaranıb.

Arxeoloqlar, qurban verilmə üçün güldan, maskalar, heykəllər və kuzələr aşkarlayıblar.

Məzarlıqda həmçinin, papirus üzərinə yapışdırılmış naxışlı kətan qalıqları da olub

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh