Bakıda 994 min manata avtomobil satılır – FOTO

Avtobazar 25 Aprel 2019 13:41 Oxunub 3501
Bakıda 994 min manata avtomobil satılır – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili almaq istəyənlərə 2021-ci ilə qədər zəmanət verilir

Bir çox Bakı sakini göz oxşayan, ehtişamlı avtomobilləri sevir. Belə avtomobillərə yiyələnmək istəyənlərin də sayı az deyil.

Avtosfer.az xəbər verir ki, Bakucity.az şəhərin avtomobil elanı saytlarında satılan ən bahalı avtomobili müəyyənləşdirməyə çalışıb. Beləliklə, paytaxtımızda satılan ən bahalı avtomobillərlə tanış olun. Hazırda Bakı şəhərində əldə edə biləcəyiniz ən bahalı yeni avtomobil 585 000 dollara satılır. 2018-ci il I stehsalı olan “Rolls-Royce” avtomobilinin qara rəngli “Cullinan” modeli 571 at gücündə, mühərrikinin həcmi isə 6,5-dir.

Avtomobilə rəsmi diler (Rolls Royce Azerbaijan) tərəfindən 4 il zəmanət verilir.

Bakıda ala biləcəyiniz ən bahalı işlənmiş avtomobil 2017-cı il istehsalı olan “Rolls-Royce”nin qara rəngli “Wraith” modelidir. Turbo.az-da yerləşdirilən elana görə, mühərrik həcmi 6-5 L, yürüş göstəricisi isə 1,800 km olan bu avtomobilin qiyməti 365,000 dollardır.

Avtomobili almaq istəyənlərə 2021-ci ilə qədər zəmanət verilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh