Avtomobil bazarında SON VƏZİYYƏT

Avtobazar 26 Aprel 2019 12:18 Oxunub 1497
Avtomobil bazarında SON VƏZİYYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maraqlıdır, qiymət artımı davam edəcəkmi?

İlin əvvələriylə müqayisədə son aylar avtomobil bazarında bahalaşma müşahidə olunur.

Maraqlıdır, qiymət artımı davam edəcəkmi?

Avtosfer.az xəbər verir ki, bununla bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, yay fəsli yaxınlaşdıqca, avtomobillərin qiyməti bahalaşır: “Dekabr ayının 27-də prezident İlham Əliyev tərəfindən köhnə avtomobillərin istismardan yığışdırılması barədə proqram qəbul olunub. Proqrama əsasən, xidmət sahəsinə yeni avtomobillər gətirilməlidir. Bu baxımda, insanlar yeni maşınlara üstünlük verirlər. Yay fəslində komfortlu avtomobildən istifadə etmək istəyən sürücülər artıq maşınlarını dəyişməyə başlayıblar. Həmçinin, turizm mövsümü başlayır. Ölkəyə gələn turistləri nəzərə alaraq, taksi sürücüləri köhnə avtomobillərini yeniləmək məcburiyyətində qalırlar. Bu, maşın bazarında canlanmaya səbəb olur. Təəssüf ki, vəziyyətdən sui-istifadə edən maşın alverçiləri isə qiymətləri qaldırırlar. Hazırda Çindən gətirilən avtomobillərin çoxluğu qiymətlərin bahalaşmasının qarşısını alır”.

Ekspert qeyd edib ki, gömrük rüsumlarının azaldılması ucuzlaşmaya səbəb ola bilər: “İndiki rüsumlar çox bahadır. Hazırda maşın bazarında satılan avtomobillərin 70-80%-i  ölkəyə 2015-ci ilə qədər olan müddətdə  gətirilib. Ölkəyə xaricdən gətirilən maşınların sayı xeyli dərəcədə azalıb. Bu isə avtomobil parkının yenilənməsinə zərər vurur. Gömrük rüsumları baha olduğuna görə, bəzi avtomobil şirkətləri xaricdən avtomobil gətirmir. İkinci əl maşınlarda kosmetik dəyişikliklər edərək baha qiymətə satırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh