“Chevrolet Lacetti” “Mercedes Vito” ilə toqquşdu: 4 ölü, 3 yaralı - FOTO

Avtosfer Foto 27 Aprel 2019 11:52 Oxunub 1790
“Chevrolet Lacetti” “Mercedes Vito” ilə toqquşdu: 4 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Krımda idarəetmədən çıxan “Chevrolet Lacetti” markalı avtomobil qarşı yoldan gələn “Mercedes Vito” markalı mikroavtobusla toqquşub. Avtosfer.az “RİA Novosi”yə istinadən xəbər verir ki, hadisə aprelin 27-si gecə saatlarında qeydə alınıb, bu barədə yerli DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Qəza “Chevrolet Lacetti” markal maşının yol hərəkəti qaydalarını pozması olub və nəticədə “Chevrolet”in sürücü və 3 sərnişini, “Mercedes Vito”nun isə sürücüsü hadisə yerində ölüblər. “Mercedes Vito”nun daha 3 sərnişini isə  xəsarətlər alıblar. Ölənlər arasında 2003-cü il təvəllüdlü bir uşaqda var”.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh