Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO

Yeniliklər 28 Aprel 2019 11:38 Oxunub 1331
Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yenidənqurma bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu ilin yanvar ayından Lənkəran-Lerik yolunda yenidənqurma işlərinə başlanılıb.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, 56 kilometrlik yolun sürüşmə aktivliyinin daha çox müşahidə edilən hissələrində 100-150 metr uzunluğu və 4-5 metr hündürlüyü olan istinad divarları tikilir. Yolun 18, 21, 33, və 36-cı kilometrliyində torpaq sürüşməsinin və uçqunların qarşısını almaq məqsədilə tikilən divarların təməlinin hündürlüyü 2 metr, eni 1,2 metrdir.

Bundan başqa, yol yatağının əlavə bərkidilməsi işləri görülür, suötürücü borular quraşdırılır. Həmçinin sərt döngələrdə və dörd körpüdə genişləndirmə işləri aparılır.

İki hərəkət zolağı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 12 metr, asfalt beton örtüyüünü eni isə 7 metr nəzərdə tutulub.

Lənkəran-Lerik yolunun yenidənqurmadan sonra bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh