32 ilin avtomobili görənləri heyrətə gətirir - VİDEO

Maraqlı 28 Aprel 2019 11:51 Oxunub 1733
32 ilin avtomobili görənləri heyrətə gətirir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üzərində türk məşhurların şəkilləri də var

Türkiyəli gəncin avtomobili görənləri heyrətə gətirir. Avtosfer.az xəbər verir ki, 1987-ci ilin istehsalı olan "Reno" markalı avtomobil tüninq və yeniliklər edildikdən sonra tamamilə fərqli görkəmdə olub. Belə ki, avtomobilin rəngi dəyişib,  kamera və park radar sistemi quraşdırılıb. Eyni zamanda mərkəzi qapanma və siqnalizasiya sistemi də maşına əlavə olunub. 
Avtomobilin sahibi köhnə türk filmi olan "Ay yazmalım"dan təsirlənib. Hətta avtomobilin arxa şüşələrinə məşhur aktyor Kadir İnanır və aktrisa Türkan Şorayın şəkillərini vurub. Gənc deyir ki, maşınına maraq çox böyükdür. Ölkənin müxtəlif yerlərindən avtomobili almaq istəyən şəxslər əlaqə saxlayır. Təxminən 4000 manat xərc çəkdiyi avtomobili hazırda 15000 manata qədər pul təklif edərək almaq istəyənlər var. Avtomobilin görüntülərini təqdim edirik:

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh