Turistlər Azərbaycan polisindən ağız dolusu danışdılar - VİDEO
Yol polisi 29 Aprel 2019 13:10 431 dəfə oxunub
Turistlər Azərbaycan polisindən ağız dolusu danışdılar - VİDEO
Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu bildirirlər

Azərbaycanda keçirilən Formula 1 yarışlarına xaricdən çoxlu sayda turist gəlib. Avtosfer.az xəbər verir ki, yarışların təhlükəsiz şəraitdə keçirilməsi üçün polis gücləndirilmiş iş rejimində çalışır. Həm yollarda, həm yarışların keçirildiyi ərazilərdə, həm də şəhərin gəzməli yerlərində polislər 24 saat fasiləsiz xidmət aparıb.

Ölkəyə gələn turistlər də burada yaradılan şəraitdən razılıq edir. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu bildirirlər.

Turistlər polis və təhlükəsizlik qüvvələrinin şəhərdə asayişi yüksək səviyyədə təmin etdiyini vurğulayır, özlərini burada çox rahat hiss etdiklərini deyirlər.

Bu barədə hazırlanmış videogörüntüləri təqdim edirik:

 

Orxan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh