"MercedesTrophy" qolfçu-amatorlar regional final uğrunda yarışacaq – FOTO

Maraqlı 29 Aprel 2019 14:58 Oxunub 1662
"MercedesTrophy" qolfçu-amatorlar regional final uğrunda yarışacaq – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qolf yarışında finala vəsiqə qazanmaq uğrunda mübarizəyə 80 idmançı qoşulacaq

Kübar tədbirlər arasında ən idman və idman tədbirləri arasında ən kübar tədbir 2019-cu ilin may ayında Azərbaycanda Dreamland Golf Clubun ərazisində Azərbaycanda Mercedes-Benz-in rəsmi distribütoru olan Autocapital-Azerbaijan şirkətinin dəstəyi ilə keçiriləcək. 
Bu il MercedesTrophy qolfçu-amatorlar arasında regional finala vəsiqə qazanmaq uğrunda mübarizəyə 80 idmançı qoşulacaq ki, onların arasında biznes-elitanın nümayəndələri və ulduz idmançılar var.
MercedesTrophy - Daimler AG tərəfindən 1989-cu ildən etibarən keçirilən qolf üzrə amator turnirlər seriyasıdır. MercedesTrophy-nin finalı hər il Ştutqartda keçirilir və burada 25-35 ölkədən gəlmiş oyunçular iştirak edir. MercedesTrophy turnirlərinin müxtəlif səviyyəli iştirakçılarının ümumi sayı dünya üzrə 60 000 nəfərə qədərdir.
MercedesTrophy nəinki idman yarışıdır, o, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır. 
Tədbir zamanı qonaqlar və iştirakçılar yalnız qolf oyunundan həzz almayacaq, onlar həmçinin “Qolf məktəbi”ndə dərs keçə, dost və tanışlarının əhatəsində istirahət edə biləcəklər, eyni zamanda Mercedes-Вenz-in ən aktual modellərinin testini keçirəcəklər .
Turnir Bakıda qolf oyunu üçün yeganə meydança olan və rəsmi olaraq Avropa Qolf Assosiasiyası (EGA) tərəfindən qiymətləndirilmiş və qəbul edilmiş elit Dreamland Golf Club qolf kompleksində keçiriləcək.
Tədbirin tərəfdaşları Mybrands mağazalar şəbəkəsi.
Qeyd edək ki, 20 ildir fəaliyyət göstərən Mybrands mağazalar şəbəkəsi dəbli və keyfiyyətli brendlər təqdim edir. Şəbəkəyə Tommy Hilfiger, Lacoste, United Colors of Benetton, Sisley, Accessorize, Monsoon, Tara Jarmon, Liu Jo, Coccinelle, Coast, Bebe, Monnalisa, Pablosky, adL, Adidas kimi dünya şöhrətli brendlərin mağazaları  daxildir. 
Şəbəkənin əsas məqsədi dəbi, yüksək keyfiyyəti əlçatan etməkdir.
MYBRANDS mağazalar şəbəkəsi haqqında daha ətraflı məlumatı Instagram (@mybrands.az) və Facebook-dakı rəsmi səhifələrdən əldə edə bilərsiniz.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh