Müasir avtomobillərin 3 ən lazımsız funksiyası açıqlandı
Avtodünya 29 Aprel 2019 18:45 2901 dəfə oxunub
Müasir avtomobillərin 3 ən lazımsız funksiyası açıqlandı
Aparılan sorğu nəticəsində əldə olunub

Müasir avtomobillər özündə çoxsaylı funksiyaları əks etdirir ki, onların vacibliyi və effektivliyi zamanla sınağa çəkilir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada sürücülər arasında aparılan sorğu nəticəsində avtomobillərdə ən lazımsız aşağıdakı funksiyalar müəyyən olunub.

Antireytinqin ilk pilləsində Start/Stop funksiyası gəlir.

Müasir avtomobillərin 3 ən lazımsız funksiyası açıqlandı

Bu funksiya idealda işıqforda və tıxaclarda mühərriki söndürməklə yanacaq sərfiyatını azaldaraq atmosferə zərərli tullantıların həcmini aşağı salmalıdır, reallıqda isə tam tərsi baş verir. Belə ki, mühərrikin hər yeni işə salınması daha da çox toksin tullantılarına gətirib çıxarmaqla, paralel olaraq starter və mühərrikin aşınmasına gətirib çıxarır.

Ciddi tənqidə təhlükəsizlik kəmərlərinin avtomatik bloklanması funksiyası tuş gəlib.

Müasir avtomobillərin 3 ən lazımsız funksiyası açıqlandı

Həmin funksiya o qədər yavaş və qeyri dəqiqdir ki, istifadə olunması heç bir məna daşımır və avtomobil həvəskarlarının bunu özlərinin etməsi daha tez alınır Görünür məhz buna görə o cür kəmərləri hazırda yalnız kinolarda görmək olar.

Ruslara görə daha bir əhəmiyyətsiz funksiya səsli idarəolunmadır.

Müasir avtomobillərin 3 ən lazımsız funksiyası açıqlandı

Sürücülərin bu funksiya ilə “razılığa gəlmək” cəhdləri bir çox hallarda uğursuzluqla nəticələnib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh