Avtomobil küçə ticarəti ilə məşğul olan satıcılara çırpıldı: 1 ölü, 2 ağır yaralı - FOTO

Avtosfer Foto 29 Aprel 2019 20:28 Oxunub 1687
Avtomobil küçə ticarəti ilə məşğul olan satıcılara çırpıldı: 1 ölü, 2 ağır yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki sürücü həbs olunub

Türkiyənin Çorum vilayətində toqquşan iki avtomobildən biri yol kənarında küçə ticarəti ilə məşğul olan satıcılara çırpılıb.

Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident aprelin 29-u Kunduzhan məhəlləsinin Farabi küçəsində baş verib.

Qəza nəticəsində maşının vurduğu Əhməd Davulçu (74), Mustafa Bozok (58) və Sərvət Balakçı (64)  ağır xəsarətlər alıblar.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə xeyli sayda səhiyyə və polis əməkdaşları gəlib.

Yaralılara ilkin tibbi yadım göstərildikdən sonra, təcili tibbi yadım maşınları ilə xəstəxanalara yerləşdiriliblər.

Ağır yaralı olan Mustfa Bozok həkimlərin bütün səylərinə baxmayaraq o, həyatını itirib.

Hər iki sürücü həbs olunub.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh