Maşın bazarında alver “ölüb”: işbazlar imkan vermir - VİDEO

Avtobazar 30 Aprel 2019 13:05 Oxunub 1593
Maşın bazarında alver “ölüb”: işbazlar imkan vermir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satıcılar 3 ay əvvəl 15-20 minə satışa çıxardıqları avtomobilləri indi 10 min manata belə sata bilmirlər

Bakının Badamdar qəsəbəsində yerləşən maşın bazarında alıcı qıtlığının pik nöqtəyə çatdığı müşahidə olunur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, satıcılar 3 ay əvvəl 15-20 minə satışa çıxardıqları avtomobilləri indi 10 min manata belə sata bilmirlər.

Bazarda alverin azalmasının bir səbəbi də Badamdar qəsəbəsində "Qurd qapısı” adlanan yerdən bazara qədər yolboyu işbazların leqal olmayan alveridir. Belə ki, işbazlar yoldan ötən maşınları bir-bir saxlayaraq onlara qiymət təklif edirlər.

Yol kənarında alver etməklərinin səbəbinə gəlincə isə, işbazlar bazarda alverin zəifləməsini göstərirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh