Bakıda “Mercedes-Benz GLE”-nin möhtəşəm təqdimatı baş tutdu - FOTOLAR

Avtodünya 30 Aprel 2019 13:49 Oxunub 2750
Bakıda “Mercedes-Benz GLE”-nin möhtəşəm təqdimatı baş tutdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
GLE-ni brend komandanın pilotu Lyüis Hemilton təqdim edib

Bakıda aprel ayı möhtəşəm hadisə - Formula 1 yarışı ilə başa çatdı. Azerbaijan Grand Prix-nin daimi iştirakçıları – pilotu Valtteri Bottas Bakıda yarışın qalibi olan Mercedes-Benz komandasına Azərbaycanda Mercedes-Benz-in nümayəndəliyi tərəfindən hər bir dəstək göstərilir. 
Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi - "Avtokapital-Azərbaycan", Mercedes-Benz-in Azərbaycandakı rəsmi dilerləri "Autostar Kaukakasus GmbH" və  "Abşeron Avtomobil Mərkəzi" yeni Mercedes-Benz GLE-nin möhtəşəm təqdimatını keçiriblər.
Aprelin 25-də paytaxtın ən lüks otellərindən biri olan “Fairmont Baku”-da “Mercedes-Benz GLE”-nin təqdimat mərasimi baş tutub. Qlamur ab-hava, həyəcanlı musiqi tədbirə xüsusi gözəlllik qatırdı. Bu gecə çərçivəsində Mercedes-Benz GLE-nin yeni modelinin təqdimatı keçirildi. Dəbdəbəli, tərzli Mercedes-Benz GLE-ni brend komandanın pilotu Lyüis Hemilton təqdim edirdi. Beşqat çempion coşqun alqışlarla qarşılanıb. Bir neçə suala cavab verən və qısa fotosessiya zamanı gülümsəyən Hemilton xoş arzulara səmimi cavablar verirdi. Növbəti mühüm günün onu olduqca gözəl olan bu gecəni tərk etməyə məcbur etdiyini qeyd edərək, o bir daha yeni GLE-nin əla keyfiyyətlərindən danışaraq, həlledici gedişlər ərəfəsində dincəlməyə getdi.
Yeni GLE kuzovun güclü və zərif ön hissəsi ilə qarşınızdadır. Radiatorun xromla işlənmiş lamelləri kuzovun ön hissəsinin yeni dizaynının ürəyidir və diyirlənməyə qarşı xromlanmış müdafiə kimi çıxış edərək avtomobillərin özünə xas SUV xarakterini bir daha vurğulayır. Seriyalı işıq diodlu 
High Performance faralarının yeni dizaynı avtomobilə yüksək texnoloji xarakter verir və onun müasir zahiri görünüşünü vurğulayır. AMG Line icra xətti sayəsində eksteryer daha çox idman xarakteri daşıyır, Night paketi sayəsində isə daha ekspressiv görünür. AMG Line eksteryerinin ifadəli staylinqi Sizin avtomobilinizə qeyri-adi dinamik rəng qatacaq. Baza modelindən aydın fərqlənmək üçün bu, təsirli dizaynın yaradılmasının parlaq təzahürüdür.
İnteryer mütərəqqi xarakterli dəbdəbəli-zərif gözəlliyi özündə birləşdirir. Böyük azad məkan, ayrıca qurulmuş elementlər sayəsində, eləcə də detalların keyfiyyətli işlənməsi sayəsində interyer eksklüzivlik və əmin-amanlıq hissi yaradır. Təsirli dizayn təsvirin çevik imkanlarına malik rəqəmli indeksasiya ilə tam vəhdətdədir. Ön panelin geniş formatlı displeyinə çıxarılan məlumat əsl hadisəyə çevrilir. Lazım olan məzmunu öz istəyinizlə yerləşdirə bilərsiniz, rəngarəng funksiyalar isə sensor texnologiyası sayəsində intuitiv olaraq idarə olunur. 
Transmissiya zamanı yanacağın qənaətlə sərfi, yaxşılaşdırılmış aerodinamik və bundan əvvəlki model sırası ilə müqayisədə düşünülmüş  yüngül konstruksiya sayəsində effektivlik daha da optimallaşdırılmışdır. ECO Start-Stop və ya kondisionerləşmənin ayrıca sistemi kimi funksiyalarla mühərrikdən asılı olmadan tələblərə müvafiq idarə etmək, həmçinin, xərci azaltmaq da mümkündür. Texniki mükəmməllik bir paketdə: E-ACTIVE BODY CONTROL-un aktiv gediş hissəsi istənilən şəraitdə tərəddüdsüz hərəkəti təmin edir. O, yolda və yolsuzluqda rahatlığı, hərəkətin dəqiqliyini və dinamikasını təmin edir. Yüksək effektiv əyləc sistemi böyüdülmüş əyləc diskləri ilə istənilən yolsuzluq şəraitində əyləc qüvvəsinə nəzarəti təmin edir.

 

Aysel

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh