15 minlik bilərziyi oyuncaq bilib nəvəsinə verdi - VİDEO

Maraqlı 30 Aprel 2019 20:38 Oxunub 1898
15 minlik bilərziyi oyuncaq bilib nəvəsinə verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları N.B.-nin evinə gedərək bilərziyi ondan götürüb sahibinə təslim ediblər

Türkiyənin Bartın əyalətində baba yoldan tapdığı 15 min lirə dəyərindəki bilərziyi, oyuncaq zənn edərək nəvəsinə verib.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, maraqlı hadisə Bülənt Ecevit bulvarında baş verib.

34 yaşlı qadın bazarda gəzdiyi vaxt, biləyindəki gözləri yaqutla işlənilmiş pələng görkəmli bilərziyini itirib. Hadisədən sonra qadın polis şöbəsinə gedərək ona köməklik göstərilməsini istəyib.

Qadının gəzdiyi yerlərin təhlükəsizlik kamerası görüntülərini araşdıran qanun keşikçiləri, bilərziyi 59 yaşlarında olan N.B. adlı şəxsin taparaq götürdüyü müəyyənləşdirilib.

N.B.-nin də dəyərindən xəbərsiz olduğu bilərziyi oynamaq üçün nəvəsinə verdiyi məlum olub.

Polis əməkdaşları N.B.-nin evinə gedərək bilərziyi ondan götürüb sahibinə təslim ediblər.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh