Yol polisi sürücüləri «şoka saldı» - BAKIDA

Yol polisi 29 Mart 2015 16:16 Oxunub 5682
Yol polisi sürücüləri «şoka saldı» - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib

Bakıda yol polisi müvafiq icazə almadan reklam yayan nəqliyyat vasitələrinə qarşı reyd keçirib. Reyd zamanı 100-dən artıq avtomobil sahibi xeyli miqdarda cərimə olunub. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, son günlər yol polisi tərəfindən həyata keçirilən tədbirlər zamanı paytaxtın inzibati ərazisində idarə edilən nəqliyyat vasitələrinin üzərində reklam materiallarının qanunsuz olaraq, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yayılması faktlarına rast gəlinib. Nəticədə bəzi taksi fəaliyyəti ilə məşğul olan avtomobillər, eləcə də avtobus və yük maşınlarının üzərilərində qanunsuz reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

V.Əsədov qeyd edib ki, reklam haqqında qanunvericiliyin pozulmasına görə saxlanılan nəqliyyat vasitələrinin əksəriyyətinin hüquqi şəxslərə məxsus olduğu aydınlaşıb: “Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu cür fəaliyyətlə məşğul olan sürücülərə bir daha xəbərdarlıq edir ki, İnzibati Xətalar Məcəlləsinin 221.2-ci maddəsinə (Reklam haqqında qanunvericiliyin pozulması) əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh