Təkəri partlayan avtomobil hasara çırpılıb, sürücü ağır xəsarət alıb

Qaydalar 1 May 2019 17:00 Oxunub 1620
Təkəri partlayan avtomobil hasara çırpılıb, sürücü ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə "Niva" markalı minik avtomobili hərəkətdə olarkən baş verib

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini, 1958-ci il təvəllüdlü Feyzullayev Günəş Xandadaş oğlunun idarə etdiyi 56-BC-322 dövlət nömrə nişanlı "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən təkərin partlaması səbəbindən maşın yoldan çıxaraq hasara çırpılıb.

Hadisə zamanı sürücü ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

ONA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh