Yol polisləri Qarabağ əlilinin həyatını belə xilas etdi - VİDEO
Yol polisi 1 May 2019 17:08 980 dəfə oxunub
Yol polisləri Qarabağ əlilinin həyatını belə xilas etdi - VİDEO
Patrul avtomobilinə mindirərək xəstəxanaya çatdırıblar

Goranboyda yol polisi Qarabağ əlilinin həyatını xilas edib. Avtosfer.az-a bu barədə rayon sakinləri məlumat verib. Sakinlərin göndərdiyi videodan da aydın olur ki, bir nəfər yol kənarında yıxılaraq xəsarət alıb. Onun köməyinə vətəndaşlarla yanaşı yol polisi əməkdaşları gəlib. 99 YP 605 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Təcili yardımın gec gəldiyini gördükdə özləri həmin şəxsi patrul avtomobilinə mindirərək xəstəxanaya çatdırıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Bilalov İsmayıl Məhəmməd oğludur və Qarabağ əlilidir. Yol kənarında dayanarkən huşunu itirib və başı səkiyə dəydiyi üçün ağır xəsarət alıb. Yol polisləri tərəfindən ilkin tibbi yardım göstərilən və daha sonra xəstəxanaya çatdırılan şəxsin həyatı xilas edilib. Hazırda müalicə olunur.

Orxan Əli

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh