Bu avtobusun son dayanacağı dəyişdirildi

Yeniliklər 1 May 2019 17:46 Oxunub 1913
Bu avtobusun son dayanacağı dəyişdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi üçün

Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki,  216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib.

Mayın 2-dən etibarən 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkınadək hərəkət edəcəklər. Bununla da Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh