Bakıda səkini "işğal" edən "003" nömrəli avtomobil sürücüləri - FOTO

Avtosfer Foto 2 May 2019 08:38 Oxunub 3489
Bakıda səkini "işğal" edən "003" nömrəli avtomobil sürücüləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun qarşısında

Bakıda Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun qarşısında parklanma qaydalarını kobud şəkildə pozan sürücülər görüntülənib. Avtosfer.az xəbər verir ki, 18 BE 621 dövlət nömrə nişanlı, VAZ 21 04, 90 GJ 003 dövlət nömrə nişanlı, “Mercedes” və 10 RG 003 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində park ediblər.

Qeyd edək ki, parklanmaya görə, 20 manat cərimə nəzərdə tutulur və bunu BNA əməkdaşları yazır. Lakin avtomobillərin səkidə dayanmasını nəzərə alsaq onlara səkidə hərəkətə görə yol polisi tərəfindən 40 manat cərimə tətbiq edilə bilər. Fotoları təqdim edirik:

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh