4 maşının iştirakı ilə zəncirvari yol qəzası: 6-sı uşaq olmaqla 9 yaralı - FOTO

Avtosfer Foto 2 May 2019 16:44 Oxunub 2301
4 maşının iştirakı ilə zəncirvari yol qəzası: 6-sı uşaq olmaqla 9 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
12 yaşlı qız reanimasiya şöbəsinə yerləşdirilib

Rusiyanın Kaluqa vilayətində baş verən qəza nəticəsində aralarında 6 uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, bu barədə mayın 2-si Rusiyanın Yol Hərəkəti Dövlət Müfəttişliyindən (YHDM) məlumat verilib.

Hadisə “M-3” avtotrassının 94-cü kilometrliyində qeydə alınıb.

Məlumatda deyilir ki, 4 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, “Тoyota”nın sürücüsünü yan zolağa keçmək istəyərkən “Daewoo Nexia”ya çırpılıb, qəzanın gücündən “Nexia” qarşısında hərəkətdə olan “Chevrolet Lacetti”ni vurub. “Chevrolet Lacetti”də qarşı yola çıxaraq, 29 yaşlı qadın sürücünün idarə etdiyi “Toyota Corolla” ilə toqquşub.

Qadın sürücü və onun 7 sərnişini, aralarında 1-12 yaş arası 6 uşaq yaralanıb.

Həmçinin “Chevrolet”in sürücüsü də xəsarət alıb.

YHDM-dən bildirilib ki, “Bütün xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Yaralılar arasında 12 yaşlı qızın vəziyyətinin ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib”.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh