Bakıda 4032 sərxoş sürücü saxlanılıb - DYP

Yol polisi 30 Mart 2015 00:45 Oxunub 1447
Bakıda 4032 sərxoş sürücü saxlanılıb - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza şəraiti yaratdığına görə 677 sürücü barəsində inzibati protokol tərtib edilib

Yanvarın 1-dən martın 29-dək Bakıda 218 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 62 nəfər ölüb, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, bu müddətdə avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri aparılarkən saxlanılıb. Eləcə də qəza şəraiti yaratdığına görə 677 sürücü saxlanılaraq barələrində inzibati protokollar tərtib edilib. Yol hərəkəti qaydalarını pozan 24 min 845 piyada qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh