"Azərbaycan Qran-prisində uğurlu start götürə bilmədim"

Yarışma 3 May 2019 19:27 Oxunub 1443
"Azərbaycan Qran-prisində uğurlu start götürə bilmədim"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lüis Hemilton: “Tanıdığım hər bir pilot sərbəst yürüş və testlərini simulyatorla etməyi sevir”

"Formula 1" üzrə 5 qat dünya çempionu Lüis Hemilton avtomobil sürməyi sevmədiyini etiraf edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Mercedes"in britaniyalı pilotu yarışmaqdan zövq aldığı halda, adi yollarda fərqli davranış sərgilədiyini bildirib.

"Yavaş hərəkətdən xoşum gəlir. Açığı, çox da maşın sürmürəm. Bundansa "Formula 1" trasında yarışmağı üstün tuturam. Tanıdığım hər bir pilot sərbəst yürüş və testlərini simulyatorla etməyi sevir", - deyə 34 yaşlı idmançı vurğulayıb.

Tarixdə ən yaxşı pilotun adını açıqlamayan Hemilton bildirib ki, heç kimi mükəmməl saymaq olmaq: "Məhz qeyri-mükəmməllik bizi böyük edir, bir-birimizdən fərqlənməyimizə imkan verir. Amma bununla tam qüsursuz sayılmırıq. Əlbəttə, özümün də zəif tərəflərim var, mən də səhvlərə yol verirəm. Təkcə builki Azərbaycan Qran-prisinə nəzər salın. Yenə elə də uğurlu start götürmədim. Amma heç vaxt təslim olmur və özümə inanıram".

Qeyd edək ki, Lüis Hemilton ötənilki Azərbaycan Qran-prisində birinci, bu il isə ikinci yeri tutub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh