Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü

Yol polisi 30 Mart 2015 11:54 Oxunub 1856
Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Rəşid Behbudov küçəsində baş verib

Nəsimi rayonunda yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, toqquşan maşınlardan birinin sürücüsü yol polisi olub. Hadisə Rəşid Behbudov küçəsində baş verib. Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı 1987-ci il təvəllüdlü Pərviz Şahverdiyevin idarə etdiyi Niva markalı 90 TT 633 nömrəli və Bakı sakini 1991-ci il təvəllüdlü Elməddin Nəsirovun idarə etdiyi «Mercedes» markalı, 10 KR 343 nömrəli avtomobillər toqquşub. Nəticədə E.Nəsirov, sərnişinləri 1989-cu il təvəllüdlü Rahilə Gözəlova, R.Gözəlovun oğlu 2011-ci il təvəllüdlü İmaməli Natiq oğlu, bacıları Səkinə Nəsirova və Elyanə Yavtumova xəstəxanaya yerləşdirilib. Dörd yaşlı İmaməli xəstəxanada vəfat edib, digər yaralıların vəziyyəti yaxşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh