Azərbaycanlı məşhurun Almaniyadan "zakaz" verdiyi LÜKS AVTOMOBİLİ GƏLDİ - FOTO

Avtodünya 3 May 2019 21:12 Oxunub 4693
Azərbaycanlı məşhurun Almaniyadan "zakaz" verdiyi LÜKS AVTOMOBİLİ GƏLDİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım aşıq avtomobilinə geyimindən çox diqqət etdiyini bildirib

Aşıq Zülfiyyə maşın həvəskarı olan məşhurlarımızdandır. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, məşhur sənətçi "5/5"də Almaniyadan gətizdirdiyi lüks avtomobilindən bəh-bəhlə danışıb. Xanım aşıq avtomobilinə geyimindən çox diqqət etdiyini bildirib:

"Almaniyadan "Mercedes S-Class" gətizdirmişəm. Elə orada yığdırıb gətirtmişəm. 9 aya yığıldı o maşın. İnanın geyimə pul verməyə əlim gəlmir, qızıla pul verməyə əlim gəlmir. Mən də xəstəsiyəm maşının. "S-Class" rahatdır. Evdə oğlumun da, yoldaşımın da, mənim də maşınım var. Ən bahalısını mən sürürəm. İki evimiz var. Biri Babəkin, biri də bizim qaldığımız. Bir də obyektimiz var. Mən 30 ildir səhnədəyəm. Olmasın ki, yəni?". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh