Bazarda bu qiymətə maşınlar satılır – Aldanmayın - VİDEO
Avtobazar 4 May 2019 20:57 550 dəfə oxunub
Bazarda bu qiymətə maşınlar satılır – Aldanmayın - VİDEO
Avtomobil almaq istəyənlər mütləq izləsin

Ölkəmizə istehsal ili yeni olan, amma real dəyərindən ucuz satılan avtomobillər gətirilir. Buna səbəb həmin avtomobillərin qazla işləməsi və qəzaya uğramış olmasıdır. Belə maşınlar əsasən Cənubi Koreya və Amerikadan gətirilir. Mütəxəssislər diqqətli olmağı tövsiyyə edirlər. Çünki belə maşınlarda kiçik nasazlıq ağır fəsadlara yol aça bilər.

İstehsal olunduğu il 2015-dir və Amerikadan ölkəmizə gətirilir. Hazırda belə avtomobilin bazar qiyməti 19 min dollardan çox olsa da, cəmi 13 700 dollara təklif olunur. Buna səbəb bu avtomobilin qazla işləməsi və daha əvvəl qəzaya uğramış olmasıdır.

Son zamanlar ölkəmizdə belə ucuz avtomobillərə maraq artdığından onların ölkəyə gətirən şirkətlərin də sayı çoxalıb. Ölkəmizdə avtomobillərə qaz avadanlığı quraşdırılması üzrə mütəxəssislər isə belə avtomobillər alarkən xüsusilə diqqətli olmağı tövsiyyə edirlər. Çünki alınan avtomobildə qazla bağlı hər hansı detalda nasazlıq olarsa, bu, hətta partlayışa da səbəb ola bilər.

Bundan başqa, ölkəmizdə qazla işləyən avtomobil mühərriklərinin mütəxəssisi çox az olduğundan belə maşınlarda sonradan yaranan nasızlıqları aradan qaldırmaq da çox çətin olur. Yəni sürücü maşın alarkən etdiyi qənaəti daha sonra ustalara xərcləməli olur.

Qeyd edək ki, hazırda ölkəmizdə qazın qiyməti ucuz olduğundan sürücülər qənaət məqsədilə belə avtomobillərə maraq göstərirlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh