“Audi”dən yeni bağçalı avtomobil – FOTO

Avtoxəbər 5 May 2019 11:28 Oxunub 1265
“Audi”dən yeni bağçalı avtomobil – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“AI:ME”nin mühərriki 168 at gücündədir

Alman şirkəti “Audi” yeni ekoloji avtomobilini Şanxay avtosalonunda təqdim edib. Avtosfer.az xəbər verir ki, şirkət gələcəyin eko-avtomobilini məhz belə görür.

“AI:ME” konsepti nəinki futuristik daxili görünüşə, həm də qeyri-adi bir yeniliyə malikdir.

Mühəndislər avtomobilin salonunun tavanına əsl bağ yerləşdiriblər.

Qeyri-adi çiçək sarmaşıqları üçün xüsusi çardağ hazırlanıb, bu da bitkinin sarmaşmasına kömək edəcək.

Yaradıcıların fikrincə, bu salondakı havanın keyfiyyətini artıracaq və kənardan daxil olan qoxunun qarşısını almaq üçün təbii bir baryer rolunu oynayacaq.

Yeni “Audi”, dördüncü dərəcəli avtopilot rejimi və açıqlanmayan təəccübləndirici texniki xüsusiyyətləri özündə birləşdirir.

Bildirilir ki, avtomobil xüsusi LED işıqlı göstəricilərlə təchiz edilib, bu da digər yol iştirakçıları ilə “əlaqə yaratma”sına imkan yaradır.

Həmçinin, salonda OLED monitoru da quraşdırılıb.

Qeyd edilir ki, “AI:ME”nin mühərriki 168 at gücündədir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh