Bakıda yelkənli qayıq yarışı keçiriləcək - FOTO

Yarışma 6 May 2019 15:44 Oxunub 1536
Bakıda yelkənli qayıq yarışı keçiriləcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışa mayın 11-dəi yekun vurulacaq

Azərbaycanda idmanın inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)-nin  birgə təşkilatçılığı ilə 9-11 may tarixlərində Bakı buxtasında Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”)  keçiriləcək. Yelkənli İdman Federasiyasınin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, regattanın ilk mərhələsi 9 may 2019-cu ildə saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar.
Yarışa mayın 11-dəi yekun vurulacaq. Final günündə yarışın qaliblərinin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar  da təşkil olunacaq.
Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirəcək Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olacaq: “Hər birinizi Baku Sailing Regatta-2019-da gözləyirik. Giriş sərbəstdir”. 
Xatirladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh