Azərbaycan velosiped idmanında Tokio-2020-yə ilk lisenziya xallarını qazanıb

Yarışma 6 May 2019 15:50 Oxunub 1407
Azərbaycan velosiped idmanında Tokio-2020-yə ilk lisenziya xallarını qazanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tour of Mesopotamia” yarışına yekun vurulub

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, 4 mərhələdən ibarət velotur Elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu nəticə ilə yadda qalıb. Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan təmsilçimiz bununla da ümumi təsnifatda 10-cu yeri tutub və ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh