Hərəkəti hansı istiqamətdə davam etdirə bilərlər? – SUALIN DOĞRU CAVABI

Yarışma 30 Mart 2015 16:32 Oxunub 2544
Hərəkəti hansı istiqamətdə davam etdirə bilərlər? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sulaının doğru cavabını və qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Orta zolaqda olan tünd rəngli avtomobilin sürücüsü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər? 

A) Yalnız sağa və düzünə (1-ci və 2-ci istiqamətlərdə);

B) Yalnız sağa, düzünə və sola (1-ci, 2-ci və 3-cü istiqamətlərdə);

C) Yalnız düzünə ( 2-ci istiqamətdə);

Ç) Bütün istiqamətlərdə.

Sualın ilk doğru cavabını Elmar Həbibli adlı oxucumuz verib. Qalibi təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

İndi isə gəlin, sualın daha dəqiq və ətraflı cavabı ilə tanış olaq: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 6-cı hissəsində deyilir ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Orta zolaqdakı tünd rəngli avtomobil şəkildə verilən yolayrıcından əvvəl hər hansı kənar vəziyyət tutmayıb və bu yolayrıcında onun olduğu zolaqdan sola və ya sağa dönməyə icazə verən hər hansı nişan və ya nişanlanma xətti yoxdur.  Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Orta zolaqda olan tünd rəngli avtomobilin sürücüsü bu yolayrıcında hərəkətini yalnız düzünə (2-ci istiqamətdə) davam etdirə bilər.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh