Maşın bazarında son durum – Bir ay sonra qiymətlər yüksələcək

Avtobazar 8 May 2019 12:22 Oxunub 1586
Maşın bazarında son durum – Bir ay sonra qiymətlər yüksələcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komfortlu avtomobil qıtlığı həmişə var

“Müşahidələrə əsasən, avtomobil bazarında qiymətlər yüksəlməyib. Bunu həm yeni, həm də ikinci əl avtomobillərə şamil edə bilərik. Yəni hazırda bazarda qiymət artımı müşahidə olunmur”. 
Bu sözləri nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, yeni avtomobillərdə qiymət artımı yoxdur: “Yeni avtomobillər Azərbaycana xüsusən, məşhur avtomobil markalarının distribüter və dileri tərəfindən rəsmi olaraq gətirilir. Hazırda elə bir mövsümdür ki, yeni avtomobillərin qiymətinin artması mümkün deyil. Ötən il mühərrik həcminə görə aksiz vergisi artırılmışdı. Onda yeni maşınlarda qiymət artımı oldu. Əksinə bu gün müşahidə etmək olar ki, yeni avtomobil satan rəsmi distribüter və dilerlər endirimlər təklif edirlər. Müxtəlif kampaniya və aksiyalar təşkil olunur. 

İkinci əl avtomobil bazarında da qiymət artımı yoxdur. Yanvarda qiymət artımı var idi, fevraldan başlayaraq mayın 1-nə qədər ikinci əl maşın bazarında qiymətlər yüksəlməyib. Qiymətlər stabildir, hətta loyaldır. Yanvarda 10 min manata ala biləcəyiniz avtomobili indi 9 min manata ala bilərsiz. Xeyli loyallaşma və liberallaşma var”.

Ekspert əlavə edib ki, Azərbaycanda qiymətlərin enməsi və artması mövsümi xarakter daşıyır:

“Yeni avtomobil bazarında ilin sonunadək qiymətlər stabil olaraq qalacaq. Bu bazarda qiymətlərin yüksəlməsi yalnız müəyyən  rüsumların qalxmasıyla baş verir. Məsələn, gömrük rüsumu qaldırılır və ya aksiz vergisi artır. Həmin dövrdə ölkəyə gətirilən yeni avtomobillərin qiymətlərində də  həmin rüsumun qalxma faizinə qədər artım müşahidə edilir. Hazırda hər hansı hərəkət yoxdur. 

İkinci əl avtomobil bazarında isə iyul ayından sonra yay mövsümündə qiymətlər yüksələ bilər. Amma çox artım olmayacaq, təqribən 5% ola bilər. Çünki hazırda Azərbaycana  Avropa ölkələrindən dizel mühərrikli ikinci əl avtomobillər çox gətirilir. Bilirsiz ki, Avropa İttifaqı ölkələrində dizel mühərrikli avtomobillərin istismarına qadağa qoyulub. Almaniyanın iri şəhərlərində artıq dizel mühərrikli  maşınları sürmək qadağandır. Hazırda Almaniyanın ikinci əl avtomobil salonlarında  300 minə yaxın  maşın qalıb. Onlar hissə-hissə post-sovet, Şərqi Avropa ölkələrinə idxal olunur. O cümlədən Azərbaycana da o maşınlar gətirilir. 

Ona görə Azərbaycan ikinci əl avtomobil bazarında qıtlıq o qədər də yoxdur. Düzdür, komfortlu avtomobil qıtlığı həmişə var, amma  o maşınlar ölkəyə gətirildiyinə görə köhnə avtomobil bazarında qiymətlərin qalxmasına şərait yaratmır. 

Bundan əlavə  indi hibrid avtomobillər dünyada populyarlaşır. Azərbaycana hər gün ən azı 2 hibrid avtomobil daxil olur. Bunlar hamısı ikinci əl avtomobil bazarına  aiddir. Bu maşınlar Yaponiya istehsalıdır, amma ABŞ-dan Gürcüstana gətirilir və oradan  da Azərbaycana daxil olur. Bu avtomobillərin qiyməti təxminən  12-14 min manat civarındadır. Almaniyadan gətirilən dizel avtomobillərin qiyməti də 10-16 min manat arasında dəyişir. Bu avtomobillər çox gətirildiyinə görə, ikinci əl avtomobil bazarında  qiymətlərin yüksəlməsindən danışa bilmərik. Bu il yanvar-mart ayı statistikasına görə, Azərbaycana idxal olunan maşınların faizində artım var”. 

 

“Yeni Sabah”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh