Yol polisləri dəhşətli qətlin üstünü açdı - “Land Rover”dən iki meyit çıxdı
Gündəm 8 May 2019 13:50 7352 dəfə oxunub
Yol polisləri dəhşətli qətlin üstünü açdı - “Land Rover”dən iki meyit çıxdı
Tanınmış həkim və arvadını öldürən bağbanın məhkəmə istintaqı başa çatıb

“Avtomobilə “saxla” işarəsi versək də, sürücü maşını saxlamadı .Bir qədər gedəndən sonra avtomobilin təkəri partladı. Biz ora yaxınlaşıb, maşının başqajını açanda iki nəfərin meyitini gördük”. Bunu qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə prosesindəı şahid qismində ifadə evrən yol polisləri deyib. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, tanınmış həkimi və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hadisə ötən ilin iyul ayında Mərdəkan qəsəbəsindəki bağ evində baş verib. İ.Xancanov əvvəllər bağban işlədiyi bağ evinin sahibi 72 yaşlı Arzu Şuşalını və həyat yoldaşı 71 yaşlı Dilarə Əhmədovanı bıçaqlayıb.

Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkumluq həyatı yaşayan İ.Xancanov hadisədən 2 ay əvvəl işdən çıxarılıbmış. Ev sahibi onu işdən azad edən zaman bağban yaşlı ər-arvadı öldürmək qərarına gəlib. İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Xancarov isə bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünüb. O, izi itirmək üçün qan içində olan ər və arvadı Arzu Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Qətlin üstünün açılmasına səbəb yol polisləri olub. Belə ki, Mərdəkan qəsəbəsində xidmət zamanı polis əməkdaşları “Land Rover” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verib. Ancaq özünü şübhəli aparan sürücü buna məhəl qoymayıb. Sonradan avtomobil saxlanılan zaman salonda qan içərisində olan yaşlı qadınla kişini aşkar edib. Müəyyən edilib ki, onlardan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu yaralı vəziyyətdədir, qadın isə artıq dünyasını dəyişib.

Prosesdə suallara cavab verən İ.Xancanov söyləyib ki, avtomobildə olan şəxslərdən biri Arzu Şuşalı həmin vaxt dünyasını dəyişməyib: “İstəyirdim ki, onun həyatını xilas edəm”.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses mayın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Şuşalı xəstəxanaya çatdırılsa dabir neçə ay sonra dünyasını dəyişib

Arzu Şuşalı tanınmış həkim olub və 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə təltif edilib.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh