“BMC” şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək

Texnologiya 8 May 2019 20:55 Oxunub 2154
“BMC” şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınların sifarişçisi Azərbaycanın güc strukturlarından biridir

Türkiyənin BMC şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə eksklüziv olaraq “AzeriDefence”yə Türkiyədə keçirilmiş İDEF-2019 sərgisində iştirak edən BMC şirkətindən məlumat verilib. BMC yetkililəri Azərbaycandan alınmış sifarişin sayı və sifraiş verilən zirehli maşınların modelləri barədə açıqlama verməyiblər. Maşınların sifarişçisi Azərbaycanın güc strukturlarından biridir. Qeyd edək ki, hazırda Azərbaycan Ordusunda BMC şirkətinin 4×4 və 6×6 təkər formullu yük maşınları istifadə olunur. BMC-nin minaya qarşı qorumalı nəqliyyat vasitələrinə “Kirpi”, “Amazon”, “Vuran” kimi modellər daxildir. Xatırladaq ki, ötən ilin sonlarında BMC Bakı Nəqliyyat Agentliyi ilə də 300 ədəd avtobusun alqı-satqısına dair müqavilə bağlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh