«B» kateqoriyalı sürücü bunlardan hansını sürə bilər? - YENİ SUAL

Yarışma 30 Mart 2015 20:25 Oxunub 15719
«B» kateqoriyalı sürücü bunlardan hansını sürə bilər? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sulaını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələrini idarə etmək hüququ ilə bağlıdır. Sual diqqət və təhlil tələb edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir: Yalnız “B” kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü aşağıdakı nəqliyyat vasitələrindən hansını idarə edə bilər? 

A) İcazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan qoşqu ilə minik avtomobilini;

B) Kütləsi yedəkçi minik avtomobilinin yüksüz kütləsindən çox olmayan qoşqu ilə bu minik avtomobilini, bir şərtlə ki, belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kiloqramdan artıq olmasın;

C) Belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kiloqramdan artıq olsa da, icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan qoşqu ilə istənilən minik avtomobilini;

Ç) Göstərilən hər üç nəqliyyat vasitəsini;

D) Göstərilən nəqliyyat vasitələrindən heç birini.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əbülfəz 20 Mart 2016 00:14
B
Ali 10 Noyabr 2014 22:55
D
Umid 10 Noyabr 2014 22:55
A İcazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan qoşqu ilə minik avtomobilini;
Zülfəli 10 Noyabr 2014 22:55
Cavab - A variantı.
farid 10 Noyabr 2014 22:55
B
azad 10 Noyabr 2014 22:55
D varianti
gunel 10 Noyabr 2014 22:55
A
Gunel 10 Noyabr 2014 22:55
A varianti