Nazir istefada olan polis generalını təbrik etdi - FOTO
Gündəm 11 May 2019 23:43 4076 dəfə oxunub
Nazir istefada olan polis generalını təbrik etdi - FOTO
80 illiyi ilə əlaqədar imzaladığı DİN-in “Fəxri Fərman”ını ona təqdim edib

İstefada olan polis general-mayoru Rəsul Rəsulovun 80 yaşı tamam oldu. Avtosfer.az xəbər verir ki, bu münasibətlə mayın 11-də respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yubilyarı qəbul edərək onu təbrik edib. 

R.Rəsulovun mənalı həyatının yarıdan çoxunu daxili işlər orqanlarında xidmətə həsr etdiyini xatırladan nazir, onun bu müddətdə məsul vəzifələrdə qüsursuz xidmət etdiyini, daxili işlər orqanları üçün dövlətinə, xalqına sadiq ali hüquq təhsilli, yüksək ixtisaslı gənc kadrların hazırlanmasında, Nazirliyin Polis Akademiyasına uzun müddət bacarıqla rəhbərlik edərək kursant və dinləyicilərə ciddi intizam, mənəvi mətinlik və fiziki dözümlülük  aşıladığını, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmli rolunu məmnunluqla qeyd edib. 

Sonda nazir R.Usubov yubilyarı bir daha təbrik edərək anadan olmasının 80 illiyi ilə əlaqədar imzaladığı DİN-in “Fəxri Fərman”ını ona təqdim edib. Səmimi qəbula, barəsində deyilən xoş sözlərə və mükafata görə minnətdarlığını bildirən R.Rəsulov öz bilik və təcrübəsinin gənc polis əməkdaşlarına çatdırılması, onların Vətənə və xalqa sədaqət ruhunda tərbiyə olunması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib.

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh